Bank Of Baku

Azərbaycanda QR ödənişlərin həcmi 22 mln. manata çatıb

Azərbaycanda QR ödənişlərin həcmi 22 mln. manata çatıb
# 09 iyun 2026 15:34 (UTC +04:00)

Azərbaycanda QR ödənişləri üzrə əməliyyatların ümumi həcmi 22 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, QR ödənişləri üzrə milli standart ötən ilin noyabr ayında təsdiqlənib və bu ildən etibarən banklarla birlikdə sistemin geniş tətbiqinə başlanılıb:

"Qısa müddət ərzində əldə olunan nəticələrə əsasən, QR ödənişləri üzrə əməliyyatların sayı 8,8 dəfə artıb. Mövcud göstəricilər potensialın yalnız ilkin mərhələsini əks etdirir. Biz hesab edirik ki, QR ödənişləri bazarında daha böyük inkişaf imkanları mövcuddur və yaxın dövrdə dövriyyənin daha da artacağını gözləyirik", - deyə o əlavə edib.

O həmçinin əlavə edib ki, hazırda Azərbaycanda quraşdırılmış POS-terminalların 71%-i QR ödənişlərini qəbul edə bilir:

"Ölkədə artıq 21 AzQR təchizatçısı fəaliyyət göstərir. Bu təchizatçılar arasında banklarla yanaşı, fintex şirkətləri də yer alır.
QR ödənişlərinin geniş yayılması istiqamətində aparılan işlər nəticəsində terminalların böyük hissəsi artıq yeni texnologiyanı dəstəkləyir.
Bununla yanaşı, bazarda hələ də dinamik QR funksiyasını dəstəkləməyən köhnə nəsil POS-terminallar mövcuddur.
Əsas məqsəd ölkədə QR ödənişlərini dəstəkləyən terminalların payının bu ilin sonunadək daha da artırılmasıdır", - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR