Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 7,5% azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 7,5% azalıb
# 24 oktyabr 2024 10:27 (UTC +04:00)

2024-cü il oktyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari il sentyabrın 1-i ilə müqayisədə 1,5% və ya 6,9 milyon manat çoxdur.

İlin əvvəli ilə müqayisədə sektorun vaxtı keçmiş kreditləri 9,8% artıb, ötən ilin eyni dövrünə nisbətən 7,5% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR