Bank Of Baku

Bank sektorunun aktivləri 2 mlrd. manata yaxın artıb

Bank sektorunun aktivləri 2 mlrd. manata yaxın artıb
# 17 oktyabr 2024 10:29 (UTC +04:00)

2024-cü il oktyabr ayının 1-nə Azərbaycan banklarının cəmi aktivləri 50 mlrd. 840,9 milyon manat təşkil edib.

"APA-Economics"in hesablamasına görə, bank sektorunun aktivləri son bir ayda 2,6% artıb. Sektorun aktivlərində ilin əvvəli ilə müqayisədə isə 4% və ya 1,9 mlrd. manat artım müşahidə edilib.

Hesabat dövründə bank sektorunun cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 3,3% artaraq 44 milyard 555,3 milyon manata yüksəlib. Bank sektorunun balans kapitalı isə 3,2 % artaraq 6 milyard 285,6 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR