Bank Of Baku

Bank sektorunun depozit portfeli 36 mlrd. manatı ötüb

Bank sektorunun depozit portfeli 36 mlrd. manatı ötüb
# 24 oktyabr 2024 10:24 (UTC +04:00)

Bank sektorunun cəmi öhdəlikləri bu ilin sentyabr ayında 44 mlrd. 550 mln. manata çatıb. Bu isə ilin əvvəli ilə müqayisədə 3% və ya 1,29 mlrd. manat çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qeyd edilib ki, öhdəliklərin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib. Sektorun cəmi öhdəliklərin 80.9%-i və ya 36 mlrd. 58.9 mln. manatı depozit portfelinin payına düşüb.

Depozit portfelinin 61.6%-i (22 mlrd. 209.8 mln. manat) hüquqi şəxslərin, 38.4%-i (13 mlrd. 849.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 65.4%-i (9,063.1 mln. manat) milli valyutada, 34.6%-i (4,786 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8,242.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 0.3% və ya 27.3 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16,808.9 mln. manat (ay ərzində artım 6.2% və ya 978.1 mln. manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil ediB.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR