Azərbaycanda fəaliyyət göstərən banklar 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
"APA-Economics" banklara istinadən onların kredit portfelinin həcminə və dinamikasına görə renkinqlərini hazırlarıb. 2022-ci ildə kredit portfelininin həcminə görə, "Azərbaycan Beynəlxalq Bankı" bazarın lideri olub- 3,5 mlrd. manat. "Kapital Bank" siyahıda 2-ci, "PAŞA Bank" isə 3-cü olub.
Ötən il kredit portfelinin mütləq artım dinamikasına görə isə "Kapital Bank" bazar üzrə birinci olub. Bankın kreditləri 505,2 mln. manat artıb. "Azərbaycan Beynəlxalq Bankı"nın kredit portfeli 431,1 mln. manat, "Xalq Bank"ın kredit portfeli isə 333,7 mln. manat böyüyüb.