Türkiyədə elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi nağd ödəniş əməliyyatlarını təxminən 20 dəfə üstələyib.
"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyə Banklar Assosiasiyasının baş katibi Nurullah Bakır Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşmanın təsiri ilə elektron ödəniş sistemlərinə tələbat sürətlə artır:
"Bu sahədə həyata keçirilən innovativ və təhlükəsiz həllər ölkələrimizin maliyyə sistemləri üçün böyük əhəmiyyət daşıyır. Türkiyənin yerli ödəniş sistemi olan TROY bu istiqamətdə uğurlu nümunələrdən biridir. TROY-un inkişafı göstərir ki, güclü əməkdaşlıq və strateji baxış nəticəsində regional ehtiyaclara cavab verən həllər yaratmaq mümkündür" - deyə o bildirib.