Paşha Bank
Bank Of Baku

Damirbek Bikulov: Mərkəzi Asiya ölkələri investisiya üçün vahid bazar yaratmalıdır

Qırğızıstan İnvestisiya Agentliyinin direktor müavini Damirbek Bikulov

© APA | Qırğızıstan İnvestisiya Agentliyinin direktor müavini Damirbek Bikulov

# 25 sentyabr 2026 16:36 (UTC +04:00)

Mərkəzi Asiya ölkələri investisiya üçün vahid bazar yaratmalıdır.

APA xəbər verir ki, bunu Qırğızıstan İnvestisiya Agentliyinin direktor müavini Damirbek Bikulov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Türk İnvestisiyaların Təşviqi Şəbəkəsinin Koordinasiya Görüşü”ndə deyib.

O bildirib ki, hazırda bir çox ölkələr investisiya və kapital uğrunda bir-biri ilə rəqabət aparır: “Lakin yeni dövrdə daha güclü koordinasiya və birgə fəaliyyət tələb olunur. Əgər məhsuldar investisiyalardan danışırıqsa, investorlar böyük bazar axtarırlar. Biz birlikdə onlara böyük bazar təqdim edə bilərik. Kiçik ölkələrdə daha sürətli işləmək mümkündür, amma birlikdə daha geniş imkanlar yarada və yaxşı nəticələr əldə edə bilərik”.

O, regional əməkdaşlığın praktiki nümunəsi kimi Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsini göstərib: “Bu, regionumuzun yeni iqtisadi arteriyasıdır. O, Şərqlə Qərbi birləşdirir. Bu gün Türkiyə və Azərbaycan arasında da təcrübə mübadiləsi həyata keçirilir. Ona görə də investisiya üçün vahid bazar anlayışından ölkələrimizdə istifadə etsək, onu açıq platformaya çevirə bilərik. Belə platforma vasitəsilə ölkələr investisiya potensialını təqdim edə, təcrübə mübadiləsi apara və daha çox kapital cəlb etmək imkanlarını birgə müzakirə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR