Bank Of Baku

AMB sədri: Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsi iki pillə yaxşılaşıb

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

© APA | Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

# 25 sentyabr 2026 17:01 (UTC +04:00)

Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən sessiyada Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov qeyd edib ki, “S&P Global Ratings”in Bank Sənayesi üzrə Ölkə Riskinin Qiymətləndirilməsinə (BICRA) əsasən, Azərbaycanın bank sektoru 2023-cü ilin sonundakı 9-cu qrupdan 2026-cı ildə 7-ci qrupa yüksəlib.

Taleh Kazımov bildirib ki, bu dəyişiklik Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsində əhəmiyyətli yaxşılaşmanı göstərir.

Azərbaycan Mərkəzi Bankının sədri əlavə edib ki, tənzimləyici çərçivənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, bank sektorunda istehlakçı və investorların müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR