Dövlət büdcəsinə sair daxilolmalar proqnozdan az icra edilib

Dövlət büdcəsinə sair daxilolmalar proqnozdan az icra edilib
# 23 may 2024 11:02 (UTC +04:00)

2023-cü ilin dövlət büdcəsinə sair daxilolmalar proqnozdan 33,6 milyon manat az, yəni 499,6 milyon manat həcmində olub.

APA-Economics” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb. Halbuki, dövlət büdcəsinə sair daxilolmalar üzrə proqnoz 533,2 milyon manat təşkil edib.
Sair daxilolmaların 151,1 milyon manatı səhmlərində dövlətin payı olan müəssisələrdən (150,9 milyon manat “Azərbaycan Beynəlxalq Bankı”, 198,0 min manatı “Aqrarkredit” QSC) alınan dividendlər, 55,6 milyon manatı dövlət maliyyə nəzarəti və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində dövlət büdcəsinə bərpa olunmuş vəsaitlər, 151,4 milyon manatı dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlar tərəfindən gömrük yığımları, inzibati xətalara görə tətbiq edilmiş və digər cərimələrdən dövlət büdcəsinə çatan hissə, 26,3 milyon manatı Azərbaycanın payına düşən qızılın satışından daxilolmalar, 43,3 milyon manatı ilin sonuna istifadə olunmamış qalıqlar üzrə daxilolmalar, 18,6 milyon manatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondlarından daxilolmalar, 14,5 milyon manatı büdcədən verilmiş kreditlər üzrə daxilolmalar, 5,8 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsindən daxilolmalar, 5,4 milyon manatı müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar, 1,9 milyon manatı xarici dövlətlərə verilmiş kreditlər üzrə ödənişlər və 25,7 milyon manatı isə digər daxilolmalar hesabına formalaşıb.

Proqnoza nisbətən az icra Azərbaycan Dövlət Neft Şirkəti üzrə 200,0 milyon manat, "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 15,0 milyon manat, "AzərGold" QSC üzrə 5,0 milyon manat, "Azər-Türk Bank" ASC üzrə 1,0 milyon manat dividend ödənişinin həyata keçirilməməsi ilə əlaqədar olub. Qeyd edilənlər istisna olmaqla çox icranın olmasının səbəbi isə proqnozlarda nəzərdə tutulmayan mənbələr üzrə daxilolmaların olmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR