Bank Of Baku

Gömrük xətti ilə büdcə daxilolmaları 4% azalıb

Gömrük xətti ilə büdcə daxilolmaları 4% azalıb
# 13 noyabr 2025 15:02 (UTC +04:00)

Gömrük xətti ilə büdcə daxilolmaları bu ilin yanvar-oktyabr aylarında 4% azalıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu ilin ilk on ayında Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 4%, proqnozdan isə 3,2% az olub.

Qeyd edək ki, ümumilikdə bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 32 milyard 891,4 milyon manat təşkil edib. Bu da proqnozu 1,7 faiz üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR