Bank Of Baku

Hesablama Palatasının sədri: Əsas kapitala yönəldilən investisiya xərclərinin təkmilləşdirilməsinə ehtiyac var

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

# 25 noyabr 2024 13:04 (UTC +04:00)

Apardığımız qiymətləndirmələr 2025-ci il büdcə layihəsinin “Büdcə sistemi haqqında” qanuna uyğun hazırlandığını deməyə əsas verir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, ölkə üzrə əsas kapitala yönəldilən investisiya xərclərinin təkmilləşdirilməsinə ehtiyac var: “Dövlət orqanlarının fəaliyyətində bu məsələ ilə bağlı əlaqələndirmə gücləndirilməlidir. Özəlləşdirmədən daxilolamaların gəlir parametri ilə əlaqəli olmayan digər hissəsi qeyri-neft daxilolmaları kimi qeyd oluna bilər. Hazırda dünyada iki əsas büdcə planlaşma metodu var. Büdcə ölkə strategiyasının reallaşmasının əsas maliyyə mənbəyidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR