Bank Of Baku

MyGov istifadəçilərinin sayı üç dəfəyə yaxın artaraq 2 milyona çatıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov

© APA | İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov

# 09 iyun 2026 10:13 (UTC +04:00)

.Azərbaycanda MyGov-un istifadəçi bazası son bir ildə üç dəfəyə yaxın artaraq 2 milyona çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə ən sürətlə inkişaf edən mobil tətbiqlərdən biri məhz MyGov platformasıdır:

"Son bir il ərzində platforma üzərindən təqdim olunan xidmətlərin sayı 11 dəfə, istifadəçilərə təqdim edilən məlumatların həcmi isə iki dəfə artıb.

Növbəti dövrdə də platformanın imkanlarının genişləndirilməsi və vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin artırılması istiqamətində işlər davam etdiriləcək", – deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR