Bank Of Baku

Nazir: Neft Fondundan büdcəyə transfertin artırılması Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır

Nazir: Neft Fondundan büdcəyə transfertin artırılması Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır
# 18 noyabr 2024 14:30 (UTC +04:00)

Maliyyə naziri Samir Şərifov Dövlət Neft Fondundan gələn il dövlət büdcəsinə transfertin artımına aydınlıq gətirib.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, artım Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır: “Biz hər zaman çalışmışıq ki, Neft Fondunun transferti əvvəlki ilə nisbətən artmasın. Bizim qeyri-neft baza kəsiri üzrə apardığımız siyasət buna hədəflənib. Amma gələn il üçün xüsusi yanaşma var. Buna da çalışım aydınlıq gətirim. Ermənistan tərəfindən militarizasiya siyasəti aparılır, Ermənistan ciddi şəkildə silahlanır, onlar xaricdən silah alır, xaricdən silah almağa ciddi şəkildə vəsait xərcləyirlər. Buna cavab olaraq cənab Prezidentin tapşırığına uyğun olaraq, müdafiə xərcləri nəzərdə tutulandan daha da artırılır. Bu xərclər, əsasən, xarici valyutada həyata keçirilir. Ona görə də Neft Fondundan transfertin artırılmasına ehtiyac yaranıb.”.

Qeyd edək ki, 2025-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1 milyard 700 milyon manat və ya 13,3 faiz, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 2 milyard 743,4 milyon manat və ya 23.4 faiz çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR