Bank Of Baku

Sahibkarlıq subyektlərinə pilot layihə kimi tətbiq olunacaq ümumi kredit portfelinin həcmi müəyyənləşib

Sahibkarlıq subyektlərinə pilot layihə kimi tətbiq olunacaq ümumi kredit portfelinin həcmi müəyyənləşib
# 06 noyabr 2026 13:14 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilər, habelə Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə pilot layihə kimi 2030-cu il dekabrın 31-dək tətbiq olunacaq ümumi kredit portfelinin həcmi 500.000.000,0 (beş yüz milyon) manat və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddi 250.000.000,0 (iki yüz əlli milyon) manat həcmində müəyyən edilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.

İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR