Hər zaman qabaqcıl həllər təqdim etməklə investisiya prosesini sadələşdirməyi hədəfləyənUForex, maliyyə bazarında növbəti mühüm təşəbbüsü həyata keçirdi.
Belə ki, müştərilər bank filialına yaxınlaşmadanonlayn investisiya hesabına sahib ola, dərhal ticarətə başlaya və gəlirlərini formalaşdıra biləcəklər. Bunun üçün sadəcə uforex.az saytına daxil olub, SİMA vasitəsilə bir neçə dəqiqə ərzində qeydiyyatdan keçmək kifayətdir.
Yeniliklərdən biri də ondan ibarətdir ki, artıq hər bir treyderin “Şəxsi kabinet”i olacaq.
“Şəxsi kabinet” vasitəsilə bir və ya bir neçə UForexticarət hesabını vahid interfeys üzərindən izləmək və MT4 terminalının veb-versiyası ilə rahat ticarət etmək mümkün olacaq. Həmçinin yeni başlayan investorlar sahəni öyrənmək üçün “Şəxsi kabinet”də faydalı və izahlı video-dərslərdən istifadə edib, öz biliklərini daha da dərinləşdirə biləcəklər.
Bununla yanaşı, müştərilər platformada iqtisadi təqvimi izləyə, investisiya dünyasındakı ən son xəbərlərdən məlumat ala və sahə üzrə aktual bloqyazılarını oxumaq imkanı əldə edəcəklər.
Xatırladaq ki, 11 il ərzində Azərbaycanda foreksxidməti təqdim edən və ən qabaqcıl brokerlərdən biri olan UForex, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nəzdində fəaliyyət göstərir.