Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan “ABB-Gürcüstan” bankının xalis mənfəəti bu il iyulun 1-nə 1,333 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 145,3% çoxdur.
Bu barədə “APA-Economics”ə ABB-nin mətbuat xidmətindən məlumat verilib.
Cari ilin iyulun 1-nə bankın məcmu kapitalı 40,5 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15,6% çoxdur. Bankın səhmdar kapitalı hesabat dövrü ərzində 9,8% artaraq iyulun 1-nə 27,5 mln. lari təşkil edib.
Qeyd edək ki, “ABB-Gürcüstan” bankı 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib, 2007-ci ilin fevralında Gürcüstan Milli Bankından bank əməliyyatları üçün lisenziya alıb.