Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “AFB Bank” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 265 manat, sayı 8 445 ədəd, emissiyanın ümumi həcmi isə 10 682 925 manat təşkil edir.
Səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yaxın vaxtlarda başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 20,41% artaraq 62 mln. 29,925 min manata çatacaq.