Bank Of Baku

“Amrahbank” futbol azarkeşləri üçün yeni layihə təqdim edib

“Amrahbank” futbol azarkeşləri üçün yeni layihə təqdim edib
# 13 avqust 2014 08:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Galatasaray” və “Neftçi” futbol klubları ilə tərəfdaşlığa başlayan “Amrahbank” futbol azarkeşlərini sevindirən “FANKART” adlı yeni layihəsini təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, layihə xüsusi olaraq plastik kart istifadəçiləri üçün nəzərdə tutulub.

Kartlar 3 növdə təklif edilir - MasterCard Standard Neftçi, MasterCard Sandard Galatasaray, MasterCard Gold Galatasaray.

Bu plastik kartlar “Amrahbank”ın tərəfdaşlıq etdiyi “Neftçi” və “Galatasaray” futbol klublarının korporativ qaydalarından istifadə edilərək nəfis bir dizaynla hazırlanıb.

Kart hesabı qalığına 6% illik gəlirin hesablanması, kart sahibləri arasında futbol klublarının oyunlarına uduşların keçirilməsi,  “GS store” mağazalarında  endirimlər (MasterCard Standard Galatasaray sahibləri üçün 10%, MasterCard Gold Galatasaray sahibləri üçün 20%),  Galatasaray Bakı Futbol Məktəbində MasterCard Gold Galatasaray kartının sahibləri üçün 20% endirim, onlayn ödənişlər, ticarət obyektlərində və kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, bankomatlardan nağd vəsaitin əldə olunması, SMS xəbərdarlıq,  internet bank, card-to-card, mobilbank xidmətləri “Fankart”ların üstünlüklərindəndir.

Bundan başqa, “Amrahbank” tərəfindən yaxın gələcəkdə “FANKART” sahibləri üçün müxtəlif aksiyaların keçirilməsi, bonusların tətbiqi də nəzərdə tutulub.

“Fankart” sahibi olmaq istəyənlər “Amrahbank”ın istənilən filialına müraciət edə bilərlər.

“Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır. Hal-hazırda bankın 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR