Bank Of Baku

“Azər-Türk Bank” növbəti “Cash-in” bankomatını istifadəyə verib

“Azər-Türk Bank” növbəti “Cash-in” bankomatını istifadəyə verib
# 01 sentyabr 2014 09:57 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Econoimics. “Azər-Türk Bank” xidmət şəbəkəsini genişləndirib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, nağd vəsaitləri kart hesablarına qəbul edən, o cümlədən kredit kart borclarını ödəmək imkanı verən müasir tipli növbəti yeni “Cash-in” bankomatını artıq müştərilərin istifadəsinə verilib.

 

Günün 24 saatı, həftənin 7 günü xidmət göstərən bankomatlarımız vasitəsilə müxtəlif əməliyyatları yerinə yetirmək mümkün olacaq. Yeni “Cash-in” bankomatı Hüseyn Cavid pr. 118a ünvanında yerləşir.

 

Xatırladaq ki, “Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR