“Azsığorta” daşınmaz əmlakın sığortası üzrə 34 min manat kompensasiya ödəyib

“Azsığorta” daşınmaz əmlakın sığortası üzrə 34 min manat kompensasiya ödəyib
# 03 sentyabr 2014 09:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azsığorta” şirkəti iyul ayında ən böyük ödəniş edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ödəniş daşınmaz əmlakın icbari sığortası ilə bağlı olub.

Belə ki, mart ayının 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində süd emalı zavodunda aqreratlardan birində baş verən partlayış nəticəsində dəymiş ziyana görə “Azsığorta” şirkəti 200 manat azadolma məbləğini (franşiza) çıxdıqdan sonra sığortalıya 34 000 manat pul ödəyib.

Xatırladaq ki, partlayış nəticəsində zavodun 100-120 kvadratmetrlik sahəsinə zərər dəyib. Divarlarda çatlar əmələ gəlib, dam örtüyünün bir hissəsi uçub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR