Bank Of Baku

“DəmirBank” “Asayiş” aksiyasının müddətini uzadıb

“DəmirBank” “Asayiş” aksiyasının müddətini uzadıb
# 08 avqust 2014 12:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank” 2 iyul - Polis günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları üçün keçirdiyi “Asayiş” aksiyasının müddətini uzadıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya iyulun 25-i başa çatıb. Bank DİN əməkdaşlarının çox böyük maraqla qarşıladığı “Asayiş” aksiyasının müddətinin uzadılması ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq aksiyanın müddəti bu ilin oktyabrın 31-dək uzadılıb.

 

Aksiyanın şərtlərinə görə istehlak kreditləri üzrə banka müraciət edən polislərə illik faiz dərəcəsində 2% endirim tətbiq olunur. Kreditin məbləği maksimum 10 000 manat olmaqla, 36 aylıq rəsmiləşdirilə bilər. 

 

Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

 

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR