Bakı. Musa Əhmədov - APA-Economics. “Muğanbank”ın Şəki, Zaqatala və Şirvan şəhərlərində yeni filialları fəaliyyətə başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni filialların açılması ilə “Muğanbank” regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.
Filiallarda fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.
Bankın filialları Şəki şəhəri, H.Əliyev prospekti 73, Zaqatala şəhəri, Heydər Əliyev prospekti 91 və Şirvan şəhəri, 20 yanvar küçəsində yerləşir.
“Muğanbank” 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 41 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
Bank ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (