Bank Of Baku

“NBC Bank” nizamnamə kapitalını artırır

“NBC Bank” nizamnamə kapitalını artırır
# 19 avqust 2014 10:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Avqust ayının 21-dən Bakı Fond Birjasında “NBC Bank” ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanır.

 

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 10 mln. manat, sayı 41 051 ədəd, bir səhmin nominal dəyəri 243,6 manat təşkil edir.

 

Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək.

 

Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 27% artaraq 46,5 mln. manata çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR