Bank Of Baku

“Unibank” pul köçürmələrini asanlaşdırıb

“Unibank” pul köçürmələrini asanlaşdırıb
# 12 avqust 2014 14:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank”ın qoşulduğu “Visa”nın “Visa Direct” - uzaq məsafədə tez köçürmələr xidməti, Azərbaycanın ən ucqar bölgəsinə, həmçinin xaricə, qısa müddətdə pul köçürməsini mümkün edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bunun üçün banka gəlməyə də ehtiyac qalmayacaq. Çünki, pul birbaşa müştərinin “Visa” kartına oturacaq.

Xidmətin fəaliyyətə başlaması ilə bağlı “Unibank” xüsusi kampaniya keçirir. İlin sonunadək bu xidmətdən istifadə edən bütün bank müştəriləri heç bir komissiya haqqı ödəməyəcəklər.

“Unibank” kartı olan müştərilər “Visa Direct” xidmətindən istifadə edərək, bankın bankomatları vasitəsilə pul köçürə biləcəklər. Bu proses bir neçə saniyədən 2 iş gününə qədər çəkə bilər. Bu köçürmə yalnız “Unibank”ın “Visa” kartları vasitəsi ilə mümkün olacaq.

Kampaniyanın müddəti bitdikdən sonra isə “Unibank”ın plastik kartı vasitəsilə bu əməliyyat Azərbaycan daxilində aparıldıqda, müştəridən 1% (min.1 AZN/USD/EUR/GBP), Azərbaycandan xaricdəki plastik karta pul köçürüldükdə 1% (min. 2 AZN/USD/EUR/GBP) həcmində komissiya tutulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR