Bank Of Baku

“Unibank”ın “Albalı Plus” kartı ilə təhsil haqlarını ödəmək mümkündür

“Unibank”ın “Albalı Plus” kartı ilə təhsil haqlarını ödəmək mümkündür
# 12 avqust 2014 07:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda ilk dəfə olaraq “Unibank”ın “Albalı Plus” kartı ilə təhsil haqlarını ödəmək mümkün olub. Belə ki,  “Unibank” təhsil haqlarının “Albalı Plus” kartları ilə taksitli ödəniş kampaniyasına başlayıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tələbələr öz təhsil haqlarını çox sərfəli şərtlərlə - 6, 12 ay müddətinə ödəyə biləcəklər.

 

Bunun üçün sadəcə kart sahibi istənilən “Unibank” filialına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir. Taksitin müddətini - 6, 12 ay olmasını isə kart sahibi özü seçəcək.

 

“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - “Albalı Plus” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər.

 

 “Albalı Plus” beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu: sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR