Bakı-APA. 20 iyun, 2012-ci il tarixdə, saat 10:00-da “Uşaq Sevinci” ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alatava küçəsi 2 ünvanında yerləşən inzibati binasında “Uşaq Sevinci” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Bu barədə APA-ya səhmdar, “NurgünMotors” MMC-nin Baş Direktoru K.İ. Əzizov məlumat verib.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələ daxil edilib:
- “Uşaq Sevinci” ASC-nin inzibati binasının və yerləşdiyi torpaq sahəsinin satılması barədə
- Digər məsələlər.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Alatava küçəsi, 2.