Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin iyulun 1-nə 13 991,4 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 591,5 mln. manat və ya 22,73% çoxdur. O cümlədən, may ayı ilə müqayisədə iyunda depozitlərin həcmi 354,4 mln. manat və ya 2,6% artıb.
Depozitlərin tərkibində 6 720,6 mln. manatı və ya 48,03%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin iyulun 1-nə nisbətən 798,4 mln. manat və ya 13,48% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin iyulun 1-nə 7 270,8 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 1 793,1 mln. manat və ya 32,7% artıb.
Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 091,4 mln. manatı və ya 56,3%-i maliyyə təşkilatların depozitlərinin, 3 179,4 mln. manatı və ya 43,7%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.