Azərbaycanda banklarda olan depozitlərin həcmi 25% artıb

Azərbaycanda banklarda olan depozitlərin həcmi 25% artıb
# 08 sentyabr 2014 08:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin avqustun 1-nə 14 558,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 903 mln. manat və ya 24,9% çoxdur. O cümlədən, iyun ayı ilə müqayisədə iyulda depozitlərin həcmi 566,7 mln. manat və ya 4,1% artıb.

Depozitlərin tərkibində 6 940 mln. manatı və ya 47,67%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin avqustun 1-nə nisbətən 920,7 mln. manat və ya 15,29% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin avqustun 1-nə 7 618,1 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 1 982,3 mln. manat və ya 35,2% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 083 mln. manatı və ya 61,5%-i maliyyə təşkilatların depozitlərinin, 3 535,1 mln. manatı və ya 38,5%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR