Bank Of Baku

Azərbaycanda bankların ümumi aktivləri 14% artıb

Azərbaycanda bankların ümumi aktivləri 14% artıb
# 03 sentyabr 2014 11:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari il avqustun 1-nə Azərbaycanda bankların ümumi aktivləri 23 mlrd. 288,5 mln. manat təşkil edir.

 

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 1-nə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, banklar yanvar-iyul aylarında aktivlərini 14,2% artırıblar.

 

Avqustun 1-nə bankların kredit qoyuluşları 16 mlrd. 537,9 mln. (10,3%-lik artım), məcmu kapitalı isə 3 mlrd. 817 mln. manat (11,4%-lik artım) təşkil edib.

 

Statistikaya əsasən, banklarda yerləşdirilən əhalinin əmanətləri 8,5% artaraq 6 mlrd. 940 mln. manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR