Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 219 mln. manat və ya 37,54% artaraq 2014-cü ilin iyulun 1-nə 4 464,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, may ayı ilə müqayisədə iyunda xarici öhdəliklərin həcmi 47,8 mln. manat və ya 1,08% artıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin iyulun 1-nə 2 886,4 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 832,8 mln. manat və ya 40,55% artıb. O cümlədən, ötən ayla müqayisədə 205,5 mln. manat və ya 7,66%-lik artım baş verib.