Bakı. Musa Əhmədov - APA-Economics. “Rəvan Sığorta” ASC Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyini məhkəməyə verib.
“APA-Economics”in məlumatına görə, bu barədə məlumat Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin saytında yerləşdirilib.
İddiaçı tərəf agentlikdən 3 906,75 manat pulun tutulmasını tələb edib.
Hakim Heydərov Faiq İnqilab oğlunun sədrliyi ilə keçirilən iclasda məhkəmənin qərarı ilə bu işin icraatı dayandırılıb.