Bank Of Baku

Azərbaycanın sığorta bazarının 66%-i könüllü formalaşıb

Azərbaycanın sığorta bazarının 66%-i könüllü formalaşıb
# 14 avqust 2014 13:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul aylarında sığorta haqlarının 66%-i və ya 166,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% və ya 18,2 mln. manat çoxdur.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, icbarı sığorta növləri üzrə yığımlar isə 85,1 mln. manat və ya bazarın 34%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 5,6% və ya 4,5 mln. manat artıb.

 

2014-cü ilin ilk 7 ayında ümumi ödənişlərin 69,2%-i və ya 54 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 11,3% və ya 5,5 mln. manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 17,2% və ya 3,5 mln. manat artaraq 23,9 mln. manata çatıb.

 

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 32,45 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 32,66 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötən ilki 25,3 manatdan 28,1 manata qalxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR