Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7 mlrd. 169 mln. 285,693 min manat təşkil edib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bu 2013-cü ilin analoji dövrünün göstəricisindən 57,25% çoxdur.
Ümumi dövriyyədən əqdlərin 56,3%-i dövlət qiymətli kağızlarının payına düşür. Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının həcmi 7, 04% artaraq 4 mlrd. 39 mln. 162,105 min manat, korporativ sektorda isə əqdlərin həcmi 3,9 dəfə artaraq 3 mlrd. 130 mln. 123,587 min manat təşkil edib.
Bu ilin 8 ayında ilkin bazarda Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilmə həcmi 5, 75% azalaraq 58 mln. 557,735 min manat olub. İlkin bazardan fərqli olaraq təkrar bazar 48,78% artaraq 19 mln. 266,344 min manat təşkil edib.
Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirmə həcmi 44,03% azalaraq 123 mln. 81,5 min manat, təkrar bazarda isə 6,8 dəfə artaraq 302 mln. 813,539 min manat təşkil edib. 2014-cü ilin yanvar-avqust aylarında repo əməliyyatları 3 mlrd. 535 mln. 442,985 min manat məbləğində olub. Bu 2013-cü ilin göstəricisindən 2,93% çoxdur.
Bu ilin yanvar-avqust aylarında ilkin bazarda korporativ istiqrazların yerləşdirilmə həcmi 1 mlrd. 814 mln. 596,643 min manat (artım 21,7 dəfə), təkrar bazarda 522 mln. 991,485 min manat (artım 31,8%) təşkil edib.
Hesabat dövründə birja meydançasında 789 mln. 443,537 min manat (artım 2,7 dəfə), təkrar bazarda 3 mln. 91,921 min manat (azalma 78,08%) məbləğində səhm yerləşdirilib.
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli:
|
Bazarın seqmentləri |
2014 (31.08.14) |
2013 (31.08.13) |
Faiz nisbəti |
||
|
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
|
Dİ (AR MN) – (yerləşdirmə) |
58,557,735.96 |
23 |
61,803,101.77 |
37 |
94.75% |
|
Dİ (AR MN) – (təkrar bazar) |
19,266,344.13 |
14 |
12,949,227.52 |
4 |
148.78% |
|
Notlar (AR MB) – (yerləşdirmə) |
123,081,500.70 |
40 |
219,897,013.45 |
83 |
55.97% |
|
Notlar (AR MB) – (təkrar bazar) |
302,813,539.11 |
22 |
43,955,612.02 |
4 |
688.91% |
|
Repo əməliyyatları |
3,535,442,985.80 |
292 |
3,434,774,077.58 |
353 |
102.93% |
|
DQK bazarı cəmi |
4,039,162,105.70 |
391 |
3,773,379,032 |
481 |
107.04% |
|
Korporativ istiqrazlar – (yerləşdirmə) |
1,814,596,643.94 |
72 |
83,333,524.60 |
59 |
2177.51% |
|
Korporativ istiqrazlar – (təkrar bazar) |
522,991,485.87 |
197 |
396,611,996.93 |
130 |
131.86% |
|
Səhmlər – (yerləşdirmə) |
789,443,537.10 |
578 |
291,808,611.69 |
261 |
270.53% |
|
Səhmlər – (təkrar bazar) |
3,091,921.03 |
2,923 |
14,107,252.28 |
2,673 |
21.92% |
|
KQK bazarı cəmi |
3,130,123,587.94 |
3,770 |
785,861,385.50 |
3,123 |
398.30% |
Cəmi |
7,169,285,693.64 |
4,161 |
4,559,240,417.84 |
3,604 |
157.25% |
İxtisarlar:
Dİ – dövlət istiqrazları
AR MN – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
AR MB – Azərbaycan Respublikasının Mərkəzii Bankı
DQK – Dövlət qiymətli kağızları
KQK – Korporativ qiymətli kağızlar