Bank Of Baku

Bu il AYİB Azərbaycana 255 mln. dollar həcmində sərmayə yatırıb

Bu il AYİB Azərbaycana 255 mln. dollar həcmində sərmayə yatırıb
# 01 sentyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) bu il Azərbaycana yatırdığı sərmayələrin ümumi həcmi 255 mln. ABŞ dollarına çatıb.

 

APA-Economics”in məlumatına görə, bu barədə AYİB-in Bakı ofisinin rəhbəri Nil MakKeyn bildirib.

 

“Bu məbləğ 2013-cü il ərzində yatırılan toplam sərmayələrin həcmindən daha çoxdur”, - deyə N. MakKeyn bildirib.

 

Qeyd edək ki, AYİB özəl sektorun inkişafına dəstək vermək məqsədilə Azərbaycanın aparıcı özəl banklarından olan “DəmirBank”a 42 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit təşkil edib. Bu vəsaitin 13 mln. dollar AYİB tərəfindən ayrılıb, 29 mln. ABŞ dolları isə digər banklardan sindikatlaşdırılıb.

 

Ayrılmış vəsait “DəmirBank”ın orta və kiçik sahibkarlarlığın maliyyələşdirilməsi imkanlarını daha da genişləndirəcək. Sindikatlaşdırılmış vəsaitlərin bir hissəsi üzrə müddət 5 il müəyyən olunub ki, bu özəl Azərbaycan bankına bu günədək ayrılmış ən uzun müddətli investisiyadır.

 

Sindikatlaşdırılmış kredit əldə etmək imkanı “DəmirBank”ın maliyyə mənbələrinin genişləndirilməsinə çox böyük kömək edir  və KOM-ları  uzunmüddətli və ucuz maliyyələşmə imkanı  ilə təmin edir. Bütün bunlar “DəmirBank”a  tərəfdaşlarının etimadının daha da artmasına öz töhvəsini verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR