Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Azərbaycan Sənaye Sığorta” ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 200 manat, sayı 5 000 ədəd, emissiyanın ümumi həcmi isə 11 mln. manat təşkil edir.
Emissiya şirkətin hər birinin nominal dəyəri 1 632 manat olan 5 000 ədəd (ümumi həcmi 8 mln. 160 min manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək.
Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 34,8% artacaq.