Bank Of Baku

Ölkədəki bankomatların 30%-i Azərbaycan Beynəlxalq Bankının payına düşür

Ölkədəki bankomatların 30%-i Azərbaycan Beynəlxalq Bankının payına düşür
# 27 avqust 2014 13:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2014-cü ilin yanvar-avqust aylarında ölkənin 35 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə bu, ölkə bankları tərəfindən ilin əvvəlindən quraşdırılan ATM-lərin ümumi sayının 64%-ni təşkil edir. Hazırda ABB-nin bankomatlarının sayı 725 ədəddir ki, bu da ölkə üzrə bankomatların ümumi sayının 29,2%-nə bərabərdir.

 

Hesabat dövründə bank, həmçinin, 2 448 ticarət və xidmət müəssisəsində POS-terminallar quraşdırmaqla, bu tip cihazların sayını 7 399 ədədə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR