Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2 282 605 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
İcbarı Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, iyulda İSB iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 1 497 sığorta tələbi yerinə yetirilib.
Hesabat dövründə digər zərər növləri ilə müqayisədə nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişi daha çox olub. Belə ki, ötən ay nəqliyyat vasitəsinə dəyən zərər üzrə 1 409 sığorta tələbinə görə 2 mln. 113,6 min manat sığorta ödənişi həyata keçirilib.
İyul ayında əmlaka dəyən zərərə görə 31 sığorta tələbi üzrə 42 505, sağlamlığa dəyən zərərə görə 41 sığorta tələbi üzrə 46 500, şəxsin ölümünə görə 16 sığorta tələbi üzrə 80 000 manat sığorta ödənişi edilib.
Hesabat dövründə İSB tərəfindən 12 kompensasiya tələbi üzrə 50 366 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.