Bank Of Baku

Ötən ay Azərbaycanda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 9% artıb

Ötən ay Azərbaycanda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 9% artıb
# 07 avqust 2014 13:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 135 255,44 min manat həcmində vəsait daxil olub.

 

Bu isə ötən ilin eyni dövrünün analoji göstəricisinə nisbətən 8,9% çoxdur.

 

DGK-dən “APA-Economics”ə verilən məlumata görə, bunun 50 007,63 min manatı gömrük rüsumları, 78 775,3 min manatı ƏDV, 5028,4 min manatı aksizlər, 1 444,11 min manatı yol vergisinin payına düşüb.

 

Ötən ilin iyul ayının dövrü ilə müqayisədə ölkədə gömrük rüsumlarının yığımı 80,2% artıb, aksizlər üzrə 57,6%, yol vergisi üzrə yığımlar 19,7%, ƏDV yığımları üzrə isə 4,7% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR