Bank Of Baku

Nazirlik: Aparılan struktur dəyişiklikləri vergi daxilolmalarının artırılması məqsədi daşıyır

Nazirlik: Aparılan struktur dəyişiklikləri vergi daxilolmalarının artırılması məqsədi daşıyır
# 07 oktyabr 2015 10:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər Nazirliyinin strukturunda aparılmış son dəyişikliklər, ilk növbədə, ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlıdır.

 

"APA-Economics"in xəbərinə görə, bunu Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə "Vergilər" qəzetinə müsahibəsində bildirib.

 

Bununla yanaşı, Z. Məmmədzadə bildirib ki, dəyişikliklər həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, vergi inzibatçılığı sahəsində, xüsusilə vergi borclarının idarə olunması sahəsində yeni yanaşmaların müəyyən edilməsi ilə bağlıdır.

 

"Bu dəyişikliklər vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətində operativliyin artırılması, istintaq prosesinə nəzarətin gücləndirilməsi, nəticə etibarilə dövlət büdcəsinə vergi daxilolmalarının artırılması məqsədi daşıyır", - deyə departament rəisi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR