Bank Of Baku

Yanvar-iyul ayları ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4,4 mlrd. manat daxil edilib

Yanvar-iyul ayları ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4,4 mlrd. manat daxil edilib
# 21 avqust 2014 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4 mlrd. 394 mln. manat vəsait daxil olub.

 

APA-Economics”in məlumata görə, bunu nazirlikdə ərazi vergi orqanlarının rəhbərlərinin iştirakı ilə bu ilin 7 ayında yerli vergi orqanlarının fəaliyyətinin yekunları ilə bağlı keçirilən iclasda nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəis müavini Elçin Bəylərov bildirib.

 

Onun sözlərinə görə, bu il büdcə proqnozlarının 103,2% icra edilib, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmalarının 289,3 mln. manat və ya 7% çox vəsait daxil olub: “Ölkədə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın inkişafı və sənaye potensialının gücləndirilməsi nəticəsində qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 2 mlrd. 459,3 mln. manat təşkil edib. Bu da proqnozun 102,9% icra edilməsi deməkdir”.

 

E. Bəylərov qeyd edib ki, 7 ay ərzində regionlarda iqtisadi inkişaf tendensiyası davam edib, dövlət tərəfindən regionlara göstərilən qayğının nəticəsi olaraq hesabat dövründə regionlar üzrə daxilolmaların qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda xüsusi çəkisi 13,9%-ə qədər yüksəlib: “Hesabat dövründə Ərazi Vergi İdarələri tərəfindən ümumilikdə proqnoza 106,2% əməl olunub, dövlət büdcəsinə 341,4 mln. manat səfərbər edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,1 mln. manat və ya 12,6% çoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR