Bank Of Baku

Həştərxanda uçmuş binanın dağıntıları altından daha üç nəfərin cəsədi çıxarılıb

Həştərxanda uçmuş binanın dağıntıları altından daha üç nəfərin cəsədi çıxarılıb
# 24 iyul 2009 07:02 (UTC +04:00)
Həştərxan-APA. Həştərxanda uçmuş binanın dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb. APA-nın məlumatına görə, bununla da xilasetmə işlərinə son verilib. Fövqəladə Hallar Nazirliyi hadisə zamanı itkin düşmüş hesab olunan şəxslərin hamısının taleyinə aydınlıq gətirildiyini bəyan edib. Dağıntılar altından daha bir kişi və qadının cəsədi Bakı vaxtı ilə 07.45 dəqiqədə çıxarılıb. Bundan əvvəl isə xilasedicilər daha bir yaşlı qadının cəsədini çıxarmağa müvəffəq olmuşdular. Bununla da hadisə zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Xilasedicilər ümumilikdə dağıntılar altından dörd nəfəri, o cümlədən bir azyaşlı uşağı sağ çıxara biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR