Bank Of Baku

Osloda Əhməd Zakayevlə Çeçenistan parlamentinin spikeri arasında danışıqlar keçirilib

Osloda Əhməd Zakayevlə Çeçenistan parlamentinin spikeri arasında danışıqlar keçirilib
# 24 iyul 2009 07:11 (UTC +04:00)
Oslo-APA. Osloda Çeçenistan parlamentinin spikeri Dukvax Əbdürrəhmanov və çeçen mücahidlərinin ideoloqu Əhməd Zakayev arasında iki gün davam edən danışıqlar başa çatıb. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, tərəflər arasında müzakirə olunan məsələlərlə bağlı razılaşma əldə olunub. Danışıqların nəticəsi olaraq tərəflər birgə bəyanatla çıxış edəcəklər. Parlament spikerinin Osloya səfərinin məqsədi Londonda siyasi sığınacaq almış Əhməd Zakayevi Çeçenistana qayıtmağa inandırmaq olub. Çeçenistan prezidenti Ramzan Kadırov bəyan edib ki, “İçkeriya Respublikası” təmsilçiləri sırasında yalnız Əhməd Zakayevin Vətənə qayıtmasını arzulayır. Zakayev və Əbdürrəhmanov arasında danışıqların “Çeçenistanda sülh naminə forum” təşkilatının rəhbəri Ayvar Amundsenin vasitəçiliyi ilə baş tutduğu ehtimal edilir. Qeyd edək ki, Ramzan Kadırov Əhməd Zakayevə Çeçenistanın mədəniyyət naziri postunu təklif etsə də, sonuncu bu təklifi rədd edib. Kadırov Zakayevlə danışıqların davam etdiyini təsdiqləyib: “Bu gün biz Zakayevlə danışıq aparırıq. Əgər indi Zakayevə desələr ki, mən onun zəngini gözləyirəm, o mənə zəng vuracaq. O Vətənə dpnməyə hazır olduğunu bildirəcək. Bizim Zakayevlə bax belə yaxşı münasibətlərimiz var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR