Bank Of Baku

Mixail Saakaşvili Aleksandr Lukaşenkoya təşəkkür edib

Mixail Saakaşvili Aleksandr Lukaşenkoya təşəkkür edib
# 24 iyul 2009 11:48 (UTC +04:00)
Bakı – APA. Gürcüsta prezidenti Mixail Saakaşvili belaruslu həmkarı Aleksandr Lukaşenkoya təşəkkür edib.
APA-nın “Rosbalt”a istinadən xəbərinə görə, M.Saakaşvili parlament çoxluğunun nümayəndələri ilə görüşündə Belarus XİN-in ölkə vətəndaşlarına separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinə gedərkən Gürcüstan qanunlarına riayət etməyin vacibliyi barədə müraciətinə münasibət bildirib. O, XİN-in müraciətini A.Lukaşenkonun cəsur qərarı adlandırıb.
Qeyd edək ki, Belarus XİN-in konsulluq idarəsinin rəisi Aleksandr Lukaşeviç bildirib ki, Belarus vətəndaşlarına Abxaziya və Cənubi Osetiyaya digər istiqamətlərdən (konkret olaraq Rusiya ərazisindən) daxil olmaq qadağan edilib. Belarus vətəndaşları həmin ərazilərə yalnız Zuqdidi və Qori bələdiyyələrinin ərazisindən keçməklə daxil ola bilərlər. Lukaşeviç bildirib ki, bu qadağaya məhəl qoymayanlar Gürcüstan qanunlarına görə məsuliyyət daşıyırlar. Xatırladaq ki, separatçı Abxaziya və Cənubi Osetiyanın tanınması məsələsi Moskva ilə Minsk arasında münasibətləri gərginləşdirib. Ötən il rəsmi Minsk bu separatçı bölgələrin müstəqilliyini tanımağa söz versə də, sonradan bu mövqedən faktiki olaraq imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR