Bank Of Baku

Rusiyanın Rostov vilayəti ərazində baş verən yol qəzasında 21 nəfər ölüb

Rusiyanın Rostov vilayəti ərazində baş verən yol qəzasında 21 nəfər ölüb
# 24 iyul 2009 13:36 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Rostov vilayəti ərazində benzin daşıyan maşınla sərnişin avtobusunun toqquşması nəticəsində çoxlu sayda adam ölüb və yaralanıb. APA-nın “RİA Novosti” və “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə bu gün Moskva vaxtı ilə saat 12.48-də Rostov şəhərindən 59 km aralıda yerləşən Samarskoye kəndi yaxınlığında baş verib. “Kamaz” markalı benzin daşıyan maşın yolun əks tərəfinə keçərkən Kurqaninsk-Taqanroq-Rostov marşrutu ilə hərəkət edən “İkarus” avtobusu ilə toqquşub. Hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 20 nəfər hadisə yerində ölüb, daha 1 nəfər xəstəxanada keçinib. Azı 9 nəfərin yaxınlıqdakı xəstəxanalara çatdırıldığı xəbər verilir.

Rusiyanın daxili işlər naziri Rəşid Nurqəliyev olayın təhqiqatını şəxsi nəzarətə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR