Bank Of Baku

İnquşetiya prezidentinə sui-qəsdlə bağlı dörd nəfər həbs olunub

İnquşetiya prezidentinə sui-qəsdlə bağlı dörd nəfər həbs olunub
# 24 iyul 2009 13:47 (UTC +04:00)
Nazran-APA İnquşetiya prezidenti Yunusbek Yevkurova qarşı sui-qəsd işi ilə əlaqədar dörd nəfər həbs olunub, daha dörd nəfər isə şübhəli şəxs qismində saxlanıb. APA-nın məlumatına görə, saxlanan şəxslərin adları açıqlanmır. Bir müddət əvvəl Rusiya daxili işlər nazirinin müavini terror aktında istifadə olunan “Toyota” markalı avtomobilin oğurlanmasında şübhəli bilinən şəxslərin həbs olunduğunu açıqlamışdı. Bundan başqa “Leksus” markalı avtomobili qaçıraraq onun nömrəsini sui-qəsd təşkilatçılarına verən Moskva sakinlərinin də saxlandığı barədə qeyri-rəsmi məlumatlar var. İnquşetiya Daxili İşlər Nazirliyi sui-qəsddə iştirakı güman olunan üç nəfərin fotorobotunu hazırlayıb. Söhbət iki cavan oğlandan və Patimat adlı açıq rəngli saçları olan qadından gedir. Şübhəli şəxslər mobil rabitə salonundan sim-kartlar alıblar, həmin kartlar sui-qəsddən əvvəl terror aktı baş verən ərazidə telefon danışığında istifadə olunub. Qeyd edək ki, iyunun 22-də Nazranda baş verən terror aktı zamanı İnquşetiya prezidenti ağır yaralanıb, iki nəfər isə həlak olub. Yunusbek Yevkurov 10 gün koma vəziyyətində qalıb. Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov terror aktının “Maqomed Yevloyev” və “Maqas” ləqəbləri ilə tanınan Əli Taziyev tərəfindən təşkil olunduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR