Bank Of Baku

Müşahidə missiyası: Qırğızıstanda keçirilən prezident seçkiləri ATƏT standartlarına cavab verməyib

Müşahidə missiyası: Qırğızıstanda keçirilən prezident seçkiləri ATƏT standartlarına cavab verməyib
# 24 iyul 2009 13:52 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Qırğızıstanda keçirilən prezident seçkiləri bəzi müsbət elementlərinə rəğmən, ATƏT qarşısında götürülən əsas öhdəliklərə cavab verməyib. APA-nın məlumatına görə, bu barədə ATƏT-in müşahidə qrupunun ilkin rəyində bildirilir.
ATƏT-in və ATƏT Parlament Assambleyasının müşahidəçiləri müsbət məqamlar kimi müəyyən dərəcədə siyasi plüralizmin mövcudluğunu və vətəndaş cəmiyyətinin aktivliyini qeyd ediblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Radmila Şekerinska təəssüflə bildirib ki, bu seçkilər tərəqqidən xəbər vermir.
Müşahidəçilər qeyd ediblər ki, seçki kampaniyasının işıqlandırılmasında yol verilən qərəzlilik, müxalifətin tədbirlərinə imkan verilməməsi və tərəfdarlarının hədələnməsi seçicilərin şüurlu seçim etməsinə imkan verməyib: “Seçki günü isə çoxsaylı problem və qanunsuzluqlarla, o cümlədən seçici siyahılarındakı qeyri-dəqiqliklərlə və bir nəfərin bir neçə dəfə səs verməsi ilə yadda qalıb. Səsvermənin nəticələrinin hesablanmasında da pozuntular qeydə alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR