Bank Of Baku

Qazaxıstanda “donuz qripi”nə qarşı profilaktik tədbirlər gücləndirilib

Qazaxıstanda “donuz qripi”nə qarşı profilaktik tədbirlər gücləndirilib
# 24 iyul 2009 14:01 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Bu gün günün ikinci yarısından başlayaraq Qazaxıstanın paytaxtı Astana şəhərində A(H1N1) qripinə qarşı profilaktik tədbirlər gücləndirilib. APA-nın Qazaxıstan və Orta Asiya müxbirinin məlumatına görə, şəhər hakimiyyəti, Daxili İşlər Departamentinın Miqrasiya İdarəsi, sanitar epidemioloji şöbələrin işçiləri profilaktik tədbirlər və əhali arasında təbliğat işlərinə başlayıblar.
Şəhərin bütün iaşə və ticarət mətkəzlərinə, ali təhsil müəsisələrinə “donuz qripi”ndən qorunmaq üçün yaddaş vərəqələri yapışdırılır. Artıq şəhər apteklərində qripə qarşı üz maskasının qıtlığı da yaranıb. Astana şəhəri Daxili İşlər Departamenti miqrasiya nəzarətini gücləndirib, şəhərə gələn və şəhərdən çıxan turist axınının monitorinqi aparılır.
Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 24-də 6 xəstətə A(H1N1) qripinin virusu aşkar edilib. Onlardan iki uşaq Astana şəhər yoluxucu xəstəliklər xəstəxanasında, 4-ü isə ev şəraitində müalicə alırlar.
Astana şəhər Sanitar Epidemioloji Şöbəsinin rəisi Jandarbek Jaksın bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, A(H1N1) qripinə yoluxanlar Londonda istirahətdə olan 48 məktəblidən 6-sıdır. Onlar Vətənə dönəndən sonra özlərində analoji halları hiss ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR