Bank Of Baku

Əhməd Zakayev Çeçenistan prezident Ramzan Kadırovun legitimliyini tanıdığını bəyan edib

Əhməd Zakayev Çeçenistan prezident Ramzan Kadırovun legitimliyini tanıdığını bəyan edib
# 27 iyul 2009 07:38 (UTC +04:00)
London-APA. Tanınmamış İçkeriya Respublikası hökumətinin başçısı Əhməd Zakayev müqavimət qüvvələrinin avqustun 1-dən çeçen milislərinə qarşı silahlı mübarizəni dayandırdığını bəyan edib. APA-nın məlumatına görə, bu barədə “Kommersant”a Əhməd Zakayev məlumat verib. Onun sözlərinə görə, Çeçenistan parlamentinin sədri Dukvax Əbdürrəhmanovla danışıqlardan sonra hökumətin iclasında bu barədə qərar qəbul olunub. Zakayev atəşkəsin avqustun 1-dən qüvvəyə minəcəyini deyib: “Çox ümidvaram ki, bundan sonra çeçenlər heç zaman bir-birinə atəş açmayacaqlar”. Dukvax Əbdürrəhmanov isə danışıqlarda əldə olunan nəticələrin prezident Ramzan Kadırovun respublikanın dirçəldilməsi proqramına uyğun olduğunu deyib. Qeyd edək ki, Əhməd Zakayevlə Dukvax Əbdürrəhmanov arasında Osloda keçirilən və iki gün davam edən danışıqlar ötən cümə günü başa çatıb. “BBC” kanalının rus xidmətinə müsahibə verən Zakayev bildirib ki, indiki hakimiyyətin legitimliyini tanıyır və onlarla əməkdaşlığa hazırdır: “Keçirilən görüşdən çox razı qaldım, çünki ən azı hansısa proses başlayıb və ümidvaram ki, bu proses Çeçenistanda uzun müddətdən bəri arzulanan siyasi stabilliyə gətirib çıxaracaq”. Zakayev danışıqlarda Çeçenistana qayıtması məsələsinin müzakirə olunmadığını bildirib: “Mən və cənab Əbdürrəhmanov öz həmkarlarımızla birlikdə Osloda müzakirə olunan məsələləri daha detallı müzakirə etməliyik”. “Kommersant”ın yazdığına görə bu görüş yaxın 10 gün ərzində Londonda baş tutacaq və danışıqlarda hər tərəfdən bir neçə nəfər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR