Bank Of Baku

Moskvada bir xəstəxanaya “donuz qripi” şübhəsi ilə 90 xəstə gətirilib

Moskvada bir xəstəxanaya “donuz qripi” şübhəsi ilə 90 xəstə gətirilib
# 27 iyul 2009 10:56 (UTC +04:00)
Bakı – APA. Rusiya paytaxtındakı 1 saylı yoluxucu xəstəliklər klinikası A/H1N1 qripi (“donuz qripi”) şübhəsi ilə gətirilən xəstələrlə dolub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, xəstəxanaya 90 xəstə qəbul edilib. Xəstəxanadakı mənbə artıq 9 nəfərdə “donuz qripi” şübhəsinin təsdiqləndiyini deyib: “Biz digər şəxslərdən də analiz götürərək laboratoriyaya göndərdik”. Mənbə bütün pasiyentlərin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib: “Onlar müvafiq müalicə alır və hamısı özünü normal hiss edir”.

Qeyd edək ki, indiyə qədər Rusiyada “donuz qripi”nə 16 yoluxma halı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR