Bank Of Baku

Kiyevdə Rusiya patriarxı Kirillin Ukraynaya səfəri ilə bağlı qarşıdurma yaranıb

Kiyevdə Rusiya patriarxı Kirillin Ukraynaya səfəri ilə bağlı qarşıdurma yaranıb
# 27 iyul 2009 11:16 (UTC +04:00)
Bakı – APA. Kiyevdə Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Ukraynaya səfəri ilə bağlı iki qrup arasında dava-dalaş olub. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kirillin Ukraynaya gəlişinə etiraz edən millətçi UNA-UNSO təşkilatının üzvləri “Ukraynaya müstəqil kilsə lazımdır!”, “Moskvalı müstəmləkəçi, rədd ol!” şüarları ilə Kirillin Ukraynaya gəlişinə etiraz ediblər. Bir qrup kazak isə onları “Bizim patriarxımız – Kirill!”, “Xoş gəldiniz, zati-müqəddəsləri!” şüarları ilə qarşılayıb. Milis insidentin böyüməsinə imkan verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR